İş yerindən oğurluq edən şəxs kameraya düşdü - FOTO

21 Aprel 2017 11:49

Bursada bir "çay evində" çalışan şəxs müdirinin 1.500 lirəsini oğurlayıb.

Milli.Az gazetevatan-a istinadən xəbər verir ki, digər işçilər uzun müddət dönməyən M.S.-nı axtarmağa başlayıblar. Alış-verişə çıxan obyekt sahibi döndüyündə işçilərin M.S.-nın 15 dəqiqədir yoxa çıxdığını dediklərində, pulu qoyduğu şkafa baxıb. Mehmet Yılmaz pularının yerində olmadığını görüb.
 
Təhlükəsizlik kameraları oğurluq anını anbaan qeyd edib. Heç kim başa düşməsin deyə çay asqısını özüylə götürən şübhəli təhlükəsizlik kamerasında görüntülənib.
 
Kameraları araşdıran polis M.S.-nı tutmaq üçün axtarışa başlayıb. Hadisə ilə əlaqəli təhqiqat davam edir.

Məhəmməd Vaqif
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində