Suriyalı işçilər 9 yaşlı uşağa kürəklə işgəncə verdilər - VİDEO - FOTO

21 Aprel 2017 12:00

Türkiyənin Şanlıurfa şəhərində suriyalı işçilər 9 yaşlı uşağa kürəklə işgəncə veriblər.

Onlar həmin anları kameraya çəkiblər.

Milli.Az "Haberler"ə istinadla bildirir ki, videonu onun telefonundakı görüntülərə baxan qardaşı tapıb.

Hadisə Eyyübiye mahalının Salman məhəlləsində baş verib. Özünə ev tikdirən 6 uşaq atası 3 suriyalı usta ilə razılığa gəlib. 

Onlar işləyərkən ev sahibinin 9 yaşlı uşağı ustaların yanına gəlib. İşçilər uşağı ələ salıblar. Daha sonra isə kürəklə onu qorxudublar. Onlar uşağı qucaqlarına alaraq yerə tullamaqla hədələyiblər.

Milli.Az görüntüləri təqdim edir:

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Suriyalı işçilər 9 yaşlı uşağa kürəklə işgəncə verdilər