Goranboyda yanğın olub

21 Aprel 2017 08:21

Goranboy şəhərində, vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 7 ton ot bağlamasının 3 tonu yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 19:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Milli.Az