İnstaqramdan möhtəşəm yenilik - internetsiz işləyəcək

20 Aprel 2017 22:42

"F8" konfransında çıxış edən "Facebook" sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberq İnstaqramın internetsiz işləyə biləcəyini açıqlayıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "offline" versiya bu yaxınlarda ilk öncə "Android"lərə tətbiq ediləcək.

Məlumata əsasən, xüsusiyyət ilə istifadəçilər internet bağlantısı olmadıqda belə tətbiqi istifadə edə biləcək və hazırkı məzmun, profil və bildirişləri görə biləcəklər.

Bəyənmə, izləmə və şərh yazmaq kimi əsas xüsusiyyətlər də "offline" versiyada istifadə ediləcək.

İnternet qoşulması yox ikən edilən bütün əməliyyatlar "offline" olaraq qeyd ediləcək və internetə qoşulduğu anda avtomatik olaraq yenilənəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində