“Traxtur” Tehranın “İstiqlal”nı şumladı

20 Aprel 2017 22:31

İran futbol klublarının super liqa yarışlarının 28-ci həftəsində Təbrizin "Traxtur" komandası ilə Tehranın "İstiqlal" klubu qarşılaşıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, Təbrizin "Səhənd" stadionunda baş tutan görüş 1:0 hesabı ilə Azərbaycan komandasının xeyirinə yekunlaşıb.

Yerli komandaya qələbə qazandıran qol oyunun 87-ci dəqiqəsində Məhəmməd İbrahimi tərəfindən vurulub. Bununla da "Traxtur" ən prinsipial və həlledici görüşdə qələbə qazanaraq, 53 xalla turnir cədcəlinin 2-ci pilləsinə yüksəlib.

"Traxtur"-"İstiqlal" görüşündə təxminən 50 min nəfər tamaşaçı qismində iştirak edib.

"Traxtur" tərəfdarları bundan öncə elan etdikləri kimi, aprelin 14-də Güney Azərbaycan şəhərlərində baş verən sel fəlakəti və 1979-cu il aprelin 20-də Sulduzda Azərbaycan övladlarının terrorçular tərəfindən öldürüldüyü günün ildönümü münasibəti ilə stadiona qara geyimlərlə gəlib və qara bayraqlar qaldırıblar. Komanda isə yığılan vəsaitin faciədən zərər çəkənlərə veriləcəyini açıqlayıb.

Qeyd edək ki, "Traxtur"un bu qərarından sonra oyunu canlı izləmək imkanı olmayan təbrizlilər də bilet almağa başlamışdılar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində