Rusiya Türkiyəni TƏHDİD ETDİ

20 Aprel 2017 16:53

Rusiya Nəqliyyat naziri Maksim Sokolov Türkiyəyə çarter uçuşların dayandırılmasının hələ də qüvvədə qaldığını deyib.

Milli.Az hürriyet-ə istinadən xəbər verir ki, Türkiyə XİN rəhbəri Çavuşoğlunın keçən həftə Rusiyadan çarter uçuşları ilə bağlı hər hansı bir çətinliyin olmadığı haqda açıqlamasından sonra Rusiyadan mövzu ilə əlaqədar yeni bir məlumat verilib.

Sokolov Türkiyəyə çarter uçuşlarının dayandırılmağı xəbərdarlığının hələ də etibarlı olub-olmadığı haqda ünvanlanan suala: "Mövqeyimiz dəyişmədi. "Rosaviasiya" bir xəbərdarlıq etdi. Bu xəbərdarlığın məzmununu gördünüz. Bununla bağlı hələlik veriləcək əlavə bir məlumat yoxdur",- cavabını verib.

Qeyd edək ki, Rus hava yolu şirkətləri 10 apreldə "Rosaviasiya"dan Türkiyədəki daxili-siyasi vəziyyətlə əlaqədar bu ölkəyə çarter reyslərinin dayandırıla biləcəyi xəbərdarlığının yer aldığı bir teleqraf almışdılar.

Kommersant qəzeti isə "Rosaviasiya"nın Rus hava yolu şirkətlərinə xəbərdarlıq etməsinin ABŞ-ın 7 apreldə Suriyanı vurduqdan sonra Rusiya-Türkiyə əlaqələrinin gərginləşməsinin bir nəticəsi olduğunu iddia etmişdi.

Təhməz Təkin

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində