Azərbaycanlı hakerlər haqda İNANILMAZ FAKTLAR - VİDEO - FOTO

20 Aprel 2017 14:26

Milli.Az xəbər verir ki, ARB TV-nin "Günə doğru" verilişində azərbaycanlı hakerlər və haker qrupları haqda maraqlı sujet yayımlanıb.

Müharibələrin növləri müxtəlifdir. Texnologiyanın inkişafı ilə əlaqədar olaraq informasiya müharibəsi də bu növlər arasına əlavə olunub. İnformasiya müharibəsi haker qrupları vasitəsilə aparılır. Bu müharibəyə hazırlıq sarıdan Azərbaycandakı vəziyyət həmişə maraq doğurub. 

Əvvəla ondan başlayaq ki, Azərbaycan Kibercinayətkarlığa qarşı Beynəlxalq Konvensiyanın üzvüdür. Qanunvericilikdə buna görə müxtəlif cəzalar nəzərdə tutulub. Bu tipli cinayətlərə nəzarət edən quruma gəldikdə isə...

Hüseyn İsmayılov (hüquqşunas): "İnformasiya vasitələrinə qanunsuz daxil olmaq, oradakı məlumatlara icazəsiz müdaxilə etmək, məlumatları saxtalaşdırmaq cinayətlərinə görə müəyyən fəaliyyətlə məşğul olmaq hüququnun məhdudlaşdırılması 1000 manatdan 3000 min manatadək cərimələr 2-3 ilə qədər həbs cəzası nəzərdə tutulub".

Maraqlıdır, bəs xakerlər müxtəlif informasiya portallarına necə giriş əldə edə bilirlər? Mütəxəssislər bildirir ki, hakerlər əvvəl hücum edəcəyi saytda təhlükəsizlik boşluğu axtarırlar. Boşluq tapıldıqdan sonra isə proqramlaşma dillərindən istifadə olunur.

Kompüterinizə proqram yükləyərkən diqqətli olun. Mütəxəssislər bildirir ki, saxta və pulsuz proqramlardan istifadə etsəniz, bu məlumatlarınızın əldən getməyinə səbəb ola bilər.

Ələkbər Məmməd (kiber təhlükəsizlik üzrə mütəxəssis): "Proqramlaşdırma dillərindən istifadə etdikdən sonra istənilən saytı sındırmaq da olar, dağıtmaq da".

Azər Məmmədli (proqramçı): "Ona uyğun bir sistem olmalıdır. O sistem isə Linaks olmalıdır. Linaks sistem olan Kallinaks lazım olur. Onunla birlikdə eskual injekşionla istifadə edirlər. Bundan da əlavə, vebsaytda özünəməxsus olan alqoritmdə açıqlar tapır və o açıqlar sayəsində sayta sızır".

Hakerlərin fəaliyyəti əksər ölkələrdə qanunla qadağan olunsa da, hər dövlətin xüsusi kiber qrupu olur ki, həmin dövləti kiber hücumlardan qorusun və informasiya məsələlərinə nəzarət etsin. Dünya üzrə məşhur haker qrupları da mövcuddur ki, onların arasında Azərbaycan haker qrupu da var.

Cahid İsmayıloğlu (İKT müxtəxəssisi): ""Anti-Armenian" qrupu dünyada hakerlər qrup siyahısına düşən qruplardan hesab olunur. 20 yanvar, Xocalı faicəsi və s. önəmli günlərdə "Anti-Armenian" qrupu dövlət maraqlarımıza zidd olan informasiya portallarına hücumlar edir. Bu hücumlar xüsusi günlərdə daha da çoxalır. Bu qrup Ermənistanın Milli Təhlükəsizlik Nazirliyinin gizli bazasına daxil olmuşdur. Bu dövlətə gizli səfər edən diplomatların da bazasını ictimaiyyətə açmışdır".

Belə nəticəyə gəlmək olar ki, hansısa dövlətin maraqlarına zidd olan resursları məhv edən və ölkəni kiber hücumlardan qoruyan haker qrupları bütün dövlətlərdə var. Hakerlik bacarığından kimlərəsə ziyan vurmaq üçün istifadə olunması isə yolverilməzdi. Ən azından qanun da bunun əleyhinədir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Azərbaycanlı hakerlər haqda İNANILMAZ FAKTLAR