Festivalın qaliblərinin elan olunmasına sayılı saatlar qaldı

20 Aprel 2017 13:36

Kinoaktyor Ruslan Sabirlinin təşəbbüsü əsasında Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi, Beynəlxalq Muğam Mərkəzinin tərəfdaşlığı ilə keçirilən "Kitabı tanıdın, kitabla tanının" sloqanlı Buktreyler Festivalın məqsədləri kitab və mütaliənin cəmiyyətimizdə təbliği, mütaliəyə münasibətin yaradıcı formaların inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır.

Münsiflər Heyəti buktreylerlərin qiymətləndirilməsinə yekun vurdu və Təşkilat Komitəsi səslərin hesablanmasına başladı. Qaliblər 21 aprel saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində ziyalıların, tanınmış simaların iştirak edəcəyi mükafatlandırma mərasimində elan olunacaq.

Xatırladaq ki, festivalın obyektiv keçirilməsi məqsədi ilə buktreylerlər hər bir münsif üzvü tərəfindən ayrılıqda qiymətləndirilmişdir (yəni bir münsif digər münsifin verdiyi qiymətdən xəbərdar olmayacaq) və Münsiflər Heyətinin üzvləri hansı buktreylerlərin qalib olacağından xəbərsizdir.

Qeyd etmək istərdik ki, 1-ci, 2-ci (2 nəfər) və 3-cü (3 nəfər) yer qaliblərini uyğun olaraq 1000, 800 (hərəsi) və 500 (hərəsi) AZN olmaqla pul mükafatları gözləyir.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində