Pendirin altında qalıb can verdi - FOTO

20 Aprel 2017 12:55

32 yaşlı irlandiyalı rəflərin uçması nəticəsində 40 ton pendirin altında qalaraq həlak olub.

Milli.Az İrish Times-a istinadən bildirir ki, İrlandiyanın paytaxtı Dublin şəhərinin Finqlas səmtində yerləşən "Jamestown Business Park"da "VF Cold Stores Ltd" anbarının müdiri Robert Çeremuqanı xilas etmək mümkün olmayıb.

Littlpeys Vyu şəhərciyinin sakini olan R.Çeremuqanın ölümü ilə bağlı aparılmış araşdırma nəticəsində bəlli olub ki, pendirlərin yığıldığı böyük, hündür rəflər yaxşı bərkidilməyindən aşıblar və Çeremuqa da 40 ton pendirin altında qalıb.

Baş vermiş olay istehsalatda bədbəxt hadisə kimi dəyərləndirilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində