Ər-arvad dalaşdı, reys gecikdi - VİDEO

20 Aprel 2017 12:37

Çində sərnişin təyyarəsinin uçuş-enmə zolağında ər-arvadın dava salması nəticəsində reys 28 dəqiqə gecikib.

Milli.Az a24.az-a istinadən xəbər verir ki, təyyarənin pilləkənindən ər arvadını sürüyərək aşağı salıb. Nəticədə əlbəyaxa dava olub.

Dava bitdikdən sonra cütlük bölməyə aparılıb və onlara uçmaq qadağan edilib. Polis bildirib ki, cütlük boşanma prosesindədir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Ər-arvad dalaşdı, reys gecikdi

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində