Trampın inauqurasiyasını kim maliyyələşdirib? - İNANILMAZ

20 Aprel 2017 09:49

Venesuela ABŞ-da "PDVSA" və "Citgo" törəmə şirkətləri vasitəsilə Donald Trampın inauqurasiya mərasiminin təşkilinə 0,5 milyon dollar həcmində pul sərf edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu rəqəm Amerikanın "Pepsi" (250 min dollar), "Walmart" (150 min dollar) kimi şirkətlərinin inauqurasiya mərasiminin təşkili üçün köçürdükləri vəsitdən çox olub.

Eyni zamanda mərasimin təşkili üçün 500 min dollar köçürmüş "JP Morgan Chase" və "Exxon" kimi şirkətlərin vəsaitinə bərabər olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində