Avtomobil piyadanı vuraraq öldürüb

19 Aprel 2017 22:40

Lənkəran rayonunda avtomobil piyadanı vuraraq öldürüb. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Ələt-Astara yolunun Gərmətük kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Gərmətük kənd sakini 1976-cı il təvəllüdlü Vəliyev Anar İdris oğlu yolu keçmək istəyərkən onu avtomobil vurub. Ağır xəsarətlər alan kişi hadisə yerində keçinib.
 
Faktla bağlı araşdırma aparılır. 

Milli.Az