Tennis topu ilə etdiyi hərəkətlər hər kəsi təəccübləndirir - VİDEO

19 Aprel 2017 22:46

Tennis topu ilə etdiyi hərəkətlərini bütün dünya izləyir. 

Milli.Az bildirir ki, söhbət azərbaycanlı 21 yaşlı gənc Vaqif Fatehidən gedir. Tennis, basketbol topu və digər idman alətləri ilə etdiyi hərəkətləri qısa video halında çəkərək sosial şəbəkələrə yükləyən gənc, qısa vaxtda məşhur olub.

O, tennis topu ilə butulkanın qapağını açır. Təxminən 20 metrlik məsafədən atdığı topu səbətə salır.

Başqa bir hərəkəti isə daha da həyəcanlıdır. Əvvəlcə səhv etmədən ardıcıl 5 plastik qabın içinə tenis topunu atır. 6-cı atışda isə bütün plastik qablar bir-birinin içərisinə daxil olur.

Bu cür hərəkətlərdən bəhs edən videoları çəkərək sosial şəbəkələrdə paylaşan Vaqif FatehiŞ həm də tennisçidir. İdmana uşaqlıqdan həvəsi olan Vaqif deyir ki, onun bu məharəti internetdə izlədiyi bir video sayəsində üzə çıxıb.

Təkcə instaqramda 63 mindən çox izləyicisi olan gəncin ən çox diqqət çəkən videosu 15 milyondan çox izlənilib və əcnəbilərin də xeyli marağına səbəb olub.

Hələlik bu məharətindən pul qazanmayan gənc deyir ki, əsas hədəfi gənclərdə idmana olan marağı artırmaqdır. O, bu bacarığı ilə istəyəndə heç nəyin mümkünsüz olmadığını göstərmək istəyir. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Tennis topu ilə etdiyi hərəkətlər hər kəsi təəccübləndirir