Aktyorun ölümü İbrahimə pis təsir etdi - FOTO

19 Aprel 2017 19:58

Türkiyənin məşhur aktyoru Bülent Kayabaşın ölüm xəbəri hamı kimi müğənni İbrahim Tatlısesi də kədərləndirib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı Bülentlə birgə çəkildiyi "Sevdalandım" filmindən bir parçanı sosial media hesabında yerləşdirərək yazıb:

"Aktyorluğu ilə insanların qəlbində  yer alan Bülent qardaşımızı itirdik deyə kədərliyəm. "Sevdalandım" filminin yaraşıqlı "Rıza"sı... Məkanın cənnət olsun... Bülent qardaşıma Allahdan rəhmət, ailəsinə və sevənlərinə səbr diləyirəm...".

Qeyd edək ki, B.Kayabaş bu gün müalicə aldığı xəstəxanada vəfat edib. 72 yaşlı aktyor bir müddət idi ki, xərçəng xəstəliyi ilə mübarizə aparırdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində