Bu ölkənin ordusunda qadın hərbçilərin sayı artırılacaq

19 Aprel 2017 19:38

Yaponiyanın müdafiə naziri Tomomi İnada ölkə ordusunun kəşfiyyat bölmələrinə və tank qoşunlarına qadınların cəlb olunmasına qoyulan məhdudiyyətin aradan qaldırıldığını elan edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, nazir həmçinin özünümüdafiə qüvvələrinin sıralarında qadın qulluqçuların sayının artırılmasının da nəzərdə tutulduğunu deyib.

Beləliklə, Yaponiya ordusunda qadınların xidmətinə məhdudiyyət yalnız radioloji müdafiə və sualtı qayıq bölmələrində qüvvədə qalacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində