"Vasif sənətdən getsə də..."

19 Aprel 2017 19:12

Müğənni Vasif Məhərrəmli xanəndələrə söz atıb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi "10-dan sonra" verilişində muğam ifaçılarının özlərini şou-biznesə aid etməməsinə əsəbiləşib.

"Məni çox qalmaqallı müğənni kimi tanıyırdılar. Amma artıq buna son qoymuşam. Vasif sənətdən getsə də adı anılacaq. Xanəndə də, müğənni də eynidir. Hər ikisi toya gedir, qonorarını alır, səsini satır. Xanəndələr də şou-biznesdədir. Əgər sən məclisə pul qarşılığında gedirsəsnsə, demək bizneslə məşğulsan. Muğam ifaçıları ilə qalmaqal yaşamaq fikrində deyiləm, amma bu gerçəkdi. Meydanda qalmaq istəyirsənsə, sənət, səs göstərməlisən. Klipsiz səhnəyə çıxsan, min nəfərdən biri olacaqsan. Üç gün efirə çıxmasan unudulacaqsan".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində