İrandan Azərbaycana Qarabağ HƏDƏSİ

19 Aprel 2017 16:24

"İran Azərbaycana xəbərdarlıq edib".

Milli.Az istipress-ə istinadən xəbər verir ki, erməni şərhçi Akop Badalyan İran müdafiə naziri Hosseyn Dehqanla Azərbaycan müdafiə naziri Zakir Həsənovun aprelin 16-da Tehrandakı görüşünə həsr etdiyi səfəri barədə yazdığı məqaləni bu cür adlandırıb.

"Lragir"də dərc edilmiş məqalədə iddia edilir ki, İran naziri Azərbaycanı Qarabağda vəziyyəti gərginləşdirməməyə çağırıb:

"Faktiki olaraq İran bəyan edir ki, aprel ayındakı kimi gərginliyi qəbul etmir. İki həftə qabaq İran prezidenti Həsən Ruhani bildirmişdi ki, Qarabağda aprel döyüşləri zamanı İran həm İrəvana, həm də Bakıya vəziyyəti sakitləşdirmək məqsədi ilə nümayəndə heyəti göndərib. Faktiki olaraq, Həsən Ruhani aprel döyüşlərinin yeni fraqmentini açıqlayıb, təsdiq edib ki, Qarabağda atəşkəsin müəllifi Rusiya, yaxud təkcə Rusiya olmayıb. İranın öz marağı olduğu göz qabağındadır". 

Bu, erməni müəllifin iddiasıdır, həmin vaxt real olaraq nə baş verdiyini yalnız yuxarı dairələr bilir. Amma rəsmi səviyyədə bu məlumdur ki, 2016-cı il aprelin sonlarında Ermənistan müdafiə naziri Seyran Ohanyan və İran müdafiə naziri Hosseyn Dehqan Moskvada görüşmüşdülər. Erməni mətbuatı yazır ki, onların da söhbətinin əsas mövzusu aprel döyüşləri olub.

Akop Badalyan iddia edir ki, İran Rusiyanın Qarabağ münaqişəsini həll etmək adı altında regiona yenidən qayıtmasının əleyhinədir. Amma bu yanaşma bir qədər məntiqsiz görünür, rus əsgəri İranın düz sərhədində - Ermənistanın Mehri rayonunda xidmət keçir.

Amma Dağlıq Qarabağ İran sərhədindən 50-60 kilometr aralıdır. Buna görə də, tək bunu ehtimal etmək olar, bəlkə də, İran özü münaqişənin həllinin əleyhinədir. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində