Bayraq meydanında 62 metrlik dirək aşdı - FOTO - YENİLƏNİB

19 Aprel 2017 16:18

16:18

Masallı rayon İcra Hakimiyyəti rayon ərazisindəki Bayraq Meydanında bayrağın asıldığı dirəyin aşması məsələsinə aydınlıq gətirib.

Milli.Az bildirir ki, icra başçısının müavini Nasir Muxtarlı Trend-ə açıqlamasında faktı təsdiqləyib: "Bu gün bir neçə saat əvvəl dirək qəfildən aşdı. Bayrağı quraşdıran şirkətə bu barədə məlumat verilib və onlar hadisə yerinə baxış keçiriblər. Çünki həmin şirkət bayrağı quraşdıranda ona zəmanət verir. Bayrağı quraşdıran şirkətin mütəxəssisləri hadisənin baş vermə səbəbini araşdırır. Mütəxəssislər ilkin olaraq belə qənaətə gəlib ki, bu gün səhər saatlarında ərazidə külək burulğanı olub və bayraq dirəyi həmin burulğandan zədələnərək aşıb. Bayraq dirəyinin zədələnməsinə 3 gün əvvəl baş verən güclü külək də təsir edib".

N.Muxtarlı bildirib ki, artıq dirəyin bərpası ilə bağlı işlərə başlanıb, yaxın vaxtlarda bayraq yenidən ərazidə dalğalanacaq.

-----------

16:00

Masallıda Bayraq meydanında bayraq dirəyi aşıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hündürlüyü 62 metr olan bayraq dirəyinin aşmasına güclü küləyin səbəb olduğu bildirilir.
 
Hazırda əraziyə ağır texnikalar və canlı qüvvə cəlb olunub. Dirəyin bir hissəsi yararsız hala düşüb. Yaxın zamanda dirəyin bərpa olunacağı bildirilir.
 
Masallı rayon İcra Hakimiyyətindən fakta münasibət bildirməyiblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində