Hindistanda smartfon sahibləri dünyanın ən populyal mobil proqram əlavələrindən olan Snapchat-ı silməyə başlayıblar.
Milli.Az Hindustan Times-a istinadən bildirir ki, Twitter-də isə #UninstallSnapchat heşteqi sürətlə populyarlaşır.
Baş verənlərin səbəbi Snapchat-ın sahibi və rəhbəri Evan Şpigelin hələ 2015-ci ildə yaydığı açıqlamadır. Həmin açıqlamanı srağagün Variety dərc edib və böyük qalmaqal da bundan sonra başlanıb.
"Hindistan və ya İspaniya kimi yoxsul ölkələrdə genişlənmək niyyətində deyilik", - Şpigel demişdi.
Hazırda Snapchat-ın 100 milyondan artıq aktiv istifadəçisi var.
Milli.Az