Evinizə qarışqa dolubsa... - ÇARƏSİ VAR

10 May 2017 21:18

Qarışqalar, əsasən, yaz və yay aylarında ortaya çıxır. Milli.Az lent.az-a istinadən bildirir ki, yazın gəlməsi ilə qarışqalar işığa çıxmağa başlayır. Evlərə də qarışqalar elə bu mövsüm dolur. Evinizi qarışqalardan heç cür xilas edə bilmirsinizsə, istifadə etdiyiniz kimyəvi üsullar işə yaramırsa, bu məsləhətlərə əməl edin.

Sirkə qoxusu qarışqaların sevmədiyi qoxular arasındadır. Sirkəni qarışqaların çoxluq təşkil etdiyi yerlərə az-az damcılatsanız, qarışqalar o bölgədə bir daha toplanmazlar.
Ya da sirkə ilə yerləri silin.
 
Qarışqaların toplu halda olduğu bölgəyə qərənfil, darçın kimi ədviyyatları qoymaq qarışqaların uzaqlaşmasına səbəb olacaq.
 
Qarışqa yuvalarının önünə xiyar qabığı, təbaşir, qara istiot, sarıkök, darçın kimi ədviyyat tökmək və əşyaları sərhəd kimi qoymaq qarışqaların yuvalarından çıxmasının və başqa yerlərə getməsinin qarşısını alır.
 
Qarışqaların yuvalarının önünə yaş maya qoymaq da yönlərini dəyişdirmələrinə səbəb olacaq.

Milli.Az