İşdən çıxarılan polis rəisinin ölümü ilə bağlı YENİ FAKTLAR - VİDEO - FOTO

19 Aprel 2017 11:51

Bu gecə Göyçay rayonunda polis zabitinin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı bəzi məqamlar aydınlaşıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, rayonun Çayarxı kənd sakini, sərəncamda olan polis zabiti 1979-cu il təvəllüdlü Məmmədov Xəyal Xanlar oğlunun sürdüyü "Toyota Camry" markalı, 10 OS 016 dövlət nömrə nişanlı avtomobil Ucar-Göyçay yolunun Xəlitli kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən qarşısına qəfil başqa maşın çıxıb. X.Məmmədov döngədən qəfil çıxan avtomobillə toqquşmamaq üçün maşını kənara çəkib və nəqliyyat vasitəsi idarəetmədən çıxaraq su kanalına düşüb. Sürücü hadisənin şokundan çıxa bilmədiyindən və qapılar kilidləndiyindən o, maşını tərk edə bilməyib və suda boğularaq ölüb.

Bildirilir ki, keçən ayadək Göyçay Rayon Polis Şöbəsinin Pasport Qeydiyyat Şöbəsinin rəisi olan X.Məmmədov işində yol verdiyi nöqsanlara görə vəzifədən azad edilərək sərəncama götürülübmüş. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

İşdən çıxarılan polis rəisinin ölümü ilə bağlı YENİ FAKTLAR