"Sırğa varımdı, bir dənə də pirsinq edəcəm" - Ramal - VİDEO - FOTO

19 Aprel 2017 11:55

"ARB Ulduz"un "Şou-məkan" proqramının növbəti qonağı, tanınmış müğənni Ramal İsrafilov olub.

Milli.Az xəbər verir ki, "Çətini körpünü keçənə kimidir" deyib, körpüdə olarkən sənətini nümayiş etdirən müğənni, indi artıq çağırılan yeri ar, çağırılmayan yeri isə dar eləmək istəmədiyini bildirib:

"Getdiyim yeri seçirəm. Dostlar dəvət edən yerə çalışıram ki, gedim. Deyir, çağırılan yerə ərinmə, çağırılmayan yerdə görünmə. Yəqin çağırılmıram, görünmürəm, çağırılıram, görünürəm.

Əvvəl çox istəyirdim ki, yaradıcılığımı göstərsinlər, efirlərə çıxım. Ancaq indi efirlərə gedəndə seçib gedirəm".

Daha sonra Ramal, saçını növbəti dəfə rəngliyib, üstəlik formasını da dəyişməsindən söz açdı:

"Hər şey. Mən əgər bu libasda, bu saç düzümündə rahatamsa, düşünürəm ki, olar. Əgər narahatamsa, demək, olmaz. Ruhum rahat olmalıdır.

Adı müğənnidirsə, hər şeyi edə bilər, yox. O, ancaq tamaşaçıları üçün yenilik etməlidir. Sözsüz ki, həddini aşmamaq şərtilə. Mən çox vaxt daha əyləncəli görünürəm. Bəzən çox ciddi görünürəm. Çalışıram ki, fantaziyalı görünüm. Ona görə də, yaraşanı etmək lazımdır".

İlk dəfə edəndə evdə qınaq olurdu. Valideynlər, tanıyanlar deyirdilər ki, sən də saçını belə etmisən? Artıq bu cür fikirlər yoxdur. Elə bil ki, o addmı atmaq lazımıydı".

Müğənni bununla yetinməyib, çəkisini azaltmağından da danışdı:

"Çalışıram ki, bir az arıqlayım. Göbəyim var idi. Çalışıram ki, əridəm. Hazırda iki kilo atmışam. Hamısı göbəkdi. Artıq çəkim yoxdu. Əvvəl 71-72 kilo idim. İndi isə 68 kiloyam. Hədəfim 62-63 kilo olmaqdır".

Od olmayan yerdən tüstü çıxarıb Ramalın ikinci dəfə ata olacağı ilə bağlı yayılan şaiyələrə isə müğənni özü aydınlıq gətirib:

"Yox, yalandır. Ancaq gözəl xəbərdir. İnşallah, Allah qismət etsin, yalan yox, doğru xəbər olsun. Hərdən od olmayan yerdən tüstü çıxır. Təki olsun, hamı sevinsin, mən hamıdan çox sevinəcəm. Belə bir şey olsa, gizlətmərəm. Ailəmizə yeni biz üzv gələcək, sevinərəm, ancaq hələlik belə bir şey yoxdur".

Sonda fərqli bir üslubda fanatları qarşısına çıxacağını söyləyən ifaçı Castin Biber tərzi oxumaq istədiyini bildirib:

"İçində Ramal olmaq şərti ilə, özüməməxsus xırdalıqlar olmaqla arembi, pop, rep oxumaq istəyirəm. Castin Biber tərzi oxumaq istəyirəm. Sırğa varımdı. Bir dənə də pirsinq edirik. Saçı da dəyişirik. Bi raz da fitness".

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

"Sırğa varımdı, bir dənə də pirsinq edəcəm" - Ramaldan Castin Biber tərzi