Rafael Ağayevdən növbəti uğur

19 Aprel 2017 10:37

"Qəbələ" İdman Klubunun karateçisi Rafael Ağayev növbəti uğurunu qazanıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, dəfələrlə Dünya və Avropa çempionu olmuş idmançımız bu dəfə Mərakeşin paytaxtı Rabatda fərqlənib.

O, 34 ölkədən 384 idmançının qatıldığı karate üzrə Rabat Premyer Liqasının qalibi olub. 75 kq çəki dərəcəsində çıxış edən Ağayev bütün rəqiblərini məğlub edib. Bununla da karateçimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində