Bütün kənd rəngini dəyişdi - VİDEO-FOTO

20 İyun 2011 08:29
Milli.Az xəbər portalı "El Mundo"ya istinadən bildirir ki, Yaponiyanın "Sony Pictures" korporasiyasının "Smurf 3D" reklam kampaniysı çərçivəsində tam bir kənd yenidən boyanıb.

İspaniyanın Malaqa vilayətindəki Huskar kəndindəki bütün binaların divarları mavi rəngə boyadılıb. Cəmi 250 sakini olan bu kəndin 12 işsiz adamı əllərinə fırça alaraq 4200 litr boyanı evlərə çəkiblər və kənd həyatını "Smurf"a döndəriblər.

Deyəsən, Huskar turistlərin ən çox axışacağı yerlərdən birinə çevriləcək.

Milli.Az