Xaçmazda oğurluq edən 2 nəfər tutuldu - VİDEO - FOTO

18 Aprel 2017 23:18

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində oğurluq edən 2 nəfəri saxlayıb.

Milli.Az "Report"a istinadən bildirir ki, rayon Telekommunikasiya Qovşağına məxsus 60 metr uzunluğa malik kabeli oğurlayan şəxsin 1987-ci il təvəllüdlü Əkbər Məmmədov olması müəyyən edilib. O, əməliyyatçılar tərəfindən saxlanılıb.
İstintaq tədbirləri zamanı Ə.Məmmədovun rayon sakini, 1993-cü il təvəllüdlü Taleh Xanəhmədovla əlbir olaraq 1 ədəd kombi oğurlaması da müəyyənləşdirilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

"Nənəm xəstə olduğu üçün məcbur idim" - Nabranda oğurluq edən şəxslər saxlanılıb