Ronaldudan het-trik, "Lester nağılı" başa çatdı - YENİLƏNİB - VİDEO - FOTO

19 Aprel 2017 07:01

19.04.2017

07:01

Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab görüşlərinə start verilib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ilk oyun günündə "Real" - "Bavariya" və "Lester" -  "Atletiko" oyunları keçirilib.

Münhendə qeydə alınan 2:1 hesablı qalibiyyət "kral klubu"nun yarımfinala adlamaq şansını artırmışdı. Madriddə isə azarkeşlər çox gərgin matça şahidlik ediblər. Əvvəlcə Levandovski hesabı açıb. Ronaldo hesabı bərabərləşdirsə də, iki dəqiqə sonra Ramos topu öz qapısından keçirib. Bu hesab oyunu uzatma dəqiqələrinə aparıb. Əlavə olunmuş vaxtda isə Kristiano Ronaldu het-trikə imza atıb. Daha bir qolu isə Asensio vurub. Beləliklə, səfərdəki 2:1 hesablı qələbədən sonra doğma meydanda da darmadağına sevinən "kral klubu" yarımfinala adlayan tərəf olub.
 
Günün digər matçında "Atletiko" "Lester"in qonağı olub. Madriddəki ilk görüşdə Dieqo Simeonenin komandası 1:0 hesablı qələbəyə sevinmişdi. Cavab oyunundakı 1:1 hesablı bərabərlik isə madridliləri yarımfinala çıxarıb.
 
Çempionlar Liqası
1/4 final mərhələsi, cavab oyunları
18 aprel
 
"Real" (İspaniya) - "Bavariya" (Almaniya) - 4:2 (əlavə vaxtda)
Qollar: Ronaldu, 76, 105, 110 (əlavə vaxtda), Asensio, 112 (əlavə vaxtda) - Levandovski, 53 (pen.), Serxio Ramos, 78 (öz qapısına)
Baş hakim: Viktor Kaşşai (Macarıstan)
İlk oyun - 2:1
 
"Real": 1. Keylor Navas, 2. Carvaxal, 6. Naço, 4. Serxio Ramos, 12. Marcelo, 14. Kazemiro, 8. Toni Kroos, 19. Luka Modriç, 22. İsko, 7. Kristianu Ronaldu, 9. Benzema
 
"Bavariya": 1. Manuel Noyer, 21. Filip Lam, 17. Jerom Boatenq, 5. Matz Hummels, 27. David Alaba, 14. Xabi Alonso, 23. Arturo Vidal, 6. Tyaqo Alkantara, 10. Aryen Robben, 7. Frank Riberi, 9. Robert Levandovski
 
"Lester" (İngiltərə) - "Atletiko" (İspaniya) - 1:1
Qollar: Vardi, 61 - Nigez, 26
Baş hakim: Canluka Rokki (İtaliya)
İlk oyun - 0:1
 
"Lester": 1. Kasper Şmeyxel, 4. Danni Drinkvotr, 5. Ues Morqan, 9. Ceymi Vardi, 11. Mark Olbrayton, 17. Danni Simpson, 20. Şinci Okazaki, 25. Vilfred Ndidi, 26. Riyad Mahrez, 28. Kristian Fuş, 29. Yohan Benaluan
 
"Atletiko": 13. Yan Oblak, 20. Xuanfran, 15. Stefan Savic, 2. Dieqo Qodin, 3. Filipe Luis, 8. Saul Nigez, 24. Xose Mariya Ximenez, 14. Qabi, 6. Koke, 10. Yanik Karrasko, 7. Antonio Qrizman

-----------------

18.04.2017

23:51

Çempionlar Liqası

1/4 final mərhələsi, cavab oyunları

18 aprel

"Real" (İspaniya) - "Bavariya" (Almaniya) - 0:0

Baş hakim: Viktor Kaşşai (Macarıstan)

İlk oyun - 2:1

"Real": 1. Keylor Navas, 2. Carvaxal, 6. Naço, 4. Serxio Ramos, 12. Marcelo, 14. Kazemiro, 8. Toni Kroos, 19. Luka Modriç, 22. İsko, 7. Kristiano Ronaldo, 9. Benzema

"Bavariya": 1. Manuel Noyer, 21. Filip Lam, 17. Jerom Boatenq, 5. Matz Hummels, 27. David Alaba, 14. Xabi Alonso, 23. Arturo Vidal, 6. Tyaqo Alkantara, 10. Aryen Robben, 7. Frank Riberi, 9. Robert Levandovski

"Lester" (İngiltərə) - "Atletiko" (İspaniya) - 0:1

Qol: Nigez, 26

23:21

22:58

"Lester" (İngiltərə) - "Atletiko" (İspaniya) - 0:0

22:36

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab görüşlərinə start veriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ilk oyun günündə "Real" - "Bavariya" və "Lester" -  "Atletiko" oyunları keçiriləcək.

Münhendə qeydə alınan 2:1 hesablı qalibiyyət "kral klubu"nun yarımfinala adlamaq şansını artırır. Cavab matçında 0:1 hesablı məğlubiyyət də "Real"ı qane edəcək. "Bavariya" yola davam etmək istəyirsə, "Santyaqo Bernabeu"da rəqibini minimum 2 dəfə mərkəzə dəvət etməlidi. Ev sahiblərinin heyətində Pepe, Rafael Varan və Qaret Beyl zədə üzündən bu görüşü buraxacaq. "Bavariya"nın heyətində isə Robert Levandovski sıraya dönüb. Əvəzində Mats Hummels və Jerom Boatenq zədədən əziyyət çəkir.

Ötən həftəsonu La Liqada "Sportinq Xixon"la qarşılaşan "Real" ehtiyat qüvvə ilə meydana çıxsa da, 3:2 hesablı qələbə qazanıb. "Bavariya" isə Bundesliqanın XXIX turu çərçivəsində səfərdə "Bayer"lə qolsuz heç-heçə edib.

Günün digər matçında "Atletiko" "Lester"in qonağı olacaq. Madriddəki ilk görüşdə Dieqo Simeonenin komandası 1:0 hesablı qələbəyə sevinmişdi. "Lester" vəziyyəti öz xeyrinə dəyişmək üçün cavab oyununda mütləq fərqlənməli və qapısının toxunulmazlığını qoruyub saxlamalıdı. Çünki "Atletiko"nun səfərdə vuracağı 1 qol "Lester"in işini daha da çətinləşdirəcək. Belədə "tülkülər"ə mərhələ adlamaq üçün 3 qol lazım olacaq.

Çempionlar Liqası

1/4 final mərhələsi, cavab oyunları

18 aprel

22:45. "Real" (İspaniya) - "Bavariya" (Almaniya)

Baş hakim: Viktor Kaşşai (Macarıstan)

İlk oyun - 2:1

"Lester" (İngiltərə) - "Atletiko" (İspaniya) - 0:0

Baş hakim: Canluka Rokki (İtaliya)

İlk oyun - 0:1

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Лестер Сити 1:1 Атлетико | Лига Чемпионов 2016/17 | 1/4 финала | Второй матч | Обзор матча

Реал Мадрид 4:2 (доп) Бавария | Лига Чемпионов 2016/17 | 1/4 финала | Ответный матч | Обзор матча