Gəncədə binanın eyvanı uçdu - VİDEO - FOTO

18 Aprel 2017 18:12

Gəncədə bədbəxt hadisə yaşanıb.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, şəhərin Nəriman Nərimanov prospektində 3 mərtəbəli binanın ikinci mərtəbəsinin eyvanı uçub.

Hadisə zamanı bina 35, mənzil 26 ünvanında kirayədə yaşayan 27 yaşlı Reyhan Ağayeva xəsarət alıb.

Hadisə qadının eyvanda paltar sərdiyi zaman baş verib. Hazırda hadisə yeri qəzalı vəziyyətdədir. Fövqalədə Hallar Nazirliyinin əməkdaşları təhlükəsizliyi təmin edirlər.

Şahid: "Biz baxdıq ki, paltar sərir, onda da yıxıldı. Cavan gəlindir, 2 uşağı var. O biri də uçurdu. Götürüb qırağa qoyduq ki, üstünə düşməsin".

Əraziyə təcili tibbi yardım briqadası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin: