Britni Spirs fırıldaqçılıq edib?
19 İyun 2011 13:01
Milli.Az xəbər portalı "Entertaiment"ə istinadən bildirir ki, amerikalı pop-müğənni Britni Spirs fırıldaqçılıqda günahlanqdırılır. "Brand Sense" şirkətinin nümayəndələrinin dediklərinə görə, Spirs onlara 10 milyon dollar borcludur. Eyni zamanda onlar, müğənnidən məhkəmə iddiası ilə bağlı bütün xərcləri ödəməyi tələb edirlər.
Britni Spirs "Brand Sense" ilə imzaladığı müqaviləyə rəğmən, ətirlərinin reklamı və satışı ilə bağlı "Elizabeth Arden" şirkəti ilə əlavə anlaşma imzalamaqda ittiham olunur.
2003-cü ildən bəri müğənni ilə əməkdaşlıq edən "Brand Sense" Spirsi məhkəməyə verərək bildirib ki, Spirsi yeni müqavilə imzalamaqla köhnə müqaviləsinin şərtlərinə qarşı çıxıb.
Tabloidlər hesab edirlər ki, Spirsi fırıldaqçılığa onun atası vadar edib. Məhz o, Britnini yeni müqavilə imzalamağa razı salıb.
Milli.Az