Məşhur türk müğənninin əkiz övladı olacaq

18 Aprel 2017 14:01

8 illik münasibətdən sonra 2,5 il əvvəl ailə quran müğənnilər Fettah Can və Cansu Kurtçunun əkiz övladları olacaq.

Milli.Az axşam.az-a istinadən bildirir ki,33 yaşında hamilə olan Cansu, eyni zamanda, yeni albom hazırlıqlarına başlayıb.

Cütlük şad xəbəri sadəcə yaxınlarına bildirib. Xəbər artıq yayılsa da, Fettah və Cansu valideyn olacaqlarını gələn ay açıqlayacaqlar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində