"Ən cavan nənə ola bilməyəcəm, amma" - Aygün Kazımova

18 Aprel 2017 12:18

Xalq artisti Aygün Kazımova "Nəsib olsa" verilişinin qonağı olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni payızda "Crystal hall"da baş tutacaq konsertinin vaxtını açıqlayıb:

"Mənim üçün ən böyük etiraf konsertimin tarixini açıqlamaqdır. Sentyabrın 22-də baş tutacaq. Yaradıcılığımın 30 illiyinə həsr olunur".

A.Kazımova şou-biznesin ən cavan nənəsi olmağı arzuladığını söyləyib:

"Şou-biznesdə hər zaman Faiq Ağayev, Zülfiyyə Xanbabayeva və Samir Bağırovla dost olub, səhnəni paylaşmışıq. Onlar arasında ən birinci mən ana oldum. Ona görə düşünürəm elə ən birinci də mən nənə olacam. Olmalıydım olmadı... Bundan sonra ən cavan nənə ola bilməyəcəm. Amma ən şamplena nənə ola bilərəm".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində