Aktrisanın sevgilisi gözünün önundə özünü doğradı

18 Aprel 2017 10:32

"Mucize" filmiylə mışhurlaşan gənc aktrisa Seda Tosun ilə Gökhan Sevenin eşq macəralarının başa çatdığı haqda məlumat vermişdik.

Cütlük qısa zaman öncə yollarını ayırıblar. Gökhan Sevenin aktrisanı "pul hərisi" adlandırması iddialarına cavab gecikməyib.

Məşhur aktrisa etdiyi açıqlamada bunları deyib: "Yalandır! Onu tərk etdiyim üçün çox əsəbidir. Günlərdir zəng edir, cavab vermirəm. Sonuncu dəfə "xəbərlərdə görərsən" dedi, anlaya bilmədim. Bu haqda danışırmış demək ki. Əlaqəmiz heç 2 ay da çəkmədi. Tez-tez təhdid edirdi. Mənə uyğun bir şəxs olmadığını anladığımda ayrılmaq qərarı verdim. Axırıncı dəfə dünən zəng edib. Pul mövzusu aramızda heç vaxt olmayıb. O, İzmirdə yaşayır. Həmişə aktrisa sevgilisinin olmağını istədiyini deyirmiş.

İndi adıma söz çıxartmağa çalışır. Ayrılacağımı dediyim zaman gözümün önündə özünü doğradı. Bədəninin hər yeri kəsikdir. Bunu gördükdən sonra çox sarsıldım və ayrıldım".

Qeyd edək ki, Seven aktrisa ilə ayrılıqlarını "Sedayla uzun müddətdir tanış idik, amma təxminən iki aydır sevgiliydik. Lakin münasibətimiz madiyyata söykənirdi. Tez-tez məndən pul istəyirdi, hər ay evinin kirayəsini mənə ödədirdi. Bu ödənişlər və pul istəyi bitməyincə, özümə də əsəbləşdim və əlaqəni bitirməyə qərar verdim. O, pul hərisidir. Bunu anladıqdan sonra əlaqəmizin davam etməyi mümkün deyildi" açıqlaması ilə şərh etmişdi.

Məhəmməd Vaqif
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində