İyunun 18-nə olan hava proqnozu

18 İyun 2011 02:00
Milli.Az xəbər portalı AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava az buludlu, yağmursuz olacaq.
Bakıda gecə 20-22°, gündüz 30-32° isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı, 759 millimetr civə sütunundan 756 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 60-65, gündüz 40-45 faiz olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-25° isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.
Havanın temperaturu gecə 16-21° isti, gündüz 31-36° isti təşkil edəcək.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında gündüz əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, lokal leysan xarakterli yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var.
Havanın temperaturu gecə 11-16° isti, gündüz 21-26° isti təşkil edəcək.
 
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.
Havanın temperaturu gecə 17-22° isti, gündüz 28-33° isti təşkil edəcək.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında gündüz əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, lokal leysan xarakterli yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var.
Havanın temperaturu gecə 15-20° isti, gündüz 26-31° isti təşkil edəcək, dağlarda gecə 10-15° isti, gündüz 20-25° isti olacaq.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək.
Havanın temperaturu gecə 18-23° isti, gündüz 31-36° isti təşkil edəcək.
 
Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında hava əsasən yağmursuz keçəcək.
Havanın temperaturu gecə 18-23° isti, gündüz 28-33° isti təşkil edəcək, dağlarda gecə 12-17° isti, gündüz 22-27° isti olacaq.

Milli.Az