Gürcüstan parlamentinin sabiq deputatı güllələnib

17 Aprel 2017 21:14

Gürcüstanın Telavi rayonunda parlamentin keçmiş deputatı Vasil Davitaşviliyə atəş aşılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, deputatın öz evində ona 8 güllə vurulub. Məlumata görə, cinayəti törədənin şəxsiyyəti hələ müəyyən edilməyib.

Qeyd edək ki, V. Davitaşvili həmçinin Telavi rayonunun keçmiş bələdiyyə başçısı olub. Hazırda o, xəstəxanaya yerləşdirilib.

Milli.Az