Levandovski: ""Bavariya" öz meydanındakı kimi oynamalıdır"

17 Aprel 2017 20:48

"Bayern Munich"in hücumçusu Robert Levandovski Çempionlar Liqasının 1/4 final mərhələsində "Real"a qarşı cavab oyunu öncəsi iddialı danışıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Münhen klubunun əsas qol silahı bunları deyib:

"Rəqibə təzyiq göstərib maksimal bacarığımızı ortaya qoymalıyıq. Oyun çətin olacaq. "Bavariya" sanki öz meydanındakı kimi oynamalıdır. Bizə qollar lazımdır. Eyni zamanda müdafiədə etibarlı oynayıb qapımızı toxunulmaz saxlamaq da mühümdür".

Qeyd edək ki, "Allianz Arena"da baş tutmuş ilk görüşdə Levandovski zədə səbəbindən meydana çıxmamışdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində