Bakıda çoxmərtəbəli binada YANĞIN - 10 nəfər təxliyə edilib - VİDEO

17 Aprel 2017 17:32

17:32

Bu gün Bakı şəhəri, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 80 m2 olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 20 m2 sahədə, 1 ədəd paltaryuyan maşın, soyuducunun üzlüyü  qismən və 1 ədəd qapı yanıb.
 
Milli.Az-ın FNH-in saytına istinadən verdiyi xəbərə görə, yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 15:17-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

----------

16:54

Paytaxtda, Həsən bəy Zərdabi prospekti, 86, mənzil 75-də yanğın baş verib.

Milli.Az istipress-ə istinadən xəbər verir ki, hadisə baş verən zaman evdə heç kim olmayıb. Yanğın mənzilin mətbəxində baş verib. 18 kvadrat metr ərazidə olan yanğında bütün əşyalar tamamilə yanıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə idarəsinin briqadası cəlb olunub. Yanğının digər mənzillərə keçməsinin qarşısı alınıb. Hadisənin baş verməsinə ilkin səbəb kimi qısaqapanma göstərilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Paytaxtda yanğın olub