"Aparıcılığa "əlvida" dedim" - VİDEO

17 Aprel 2017 20:06

"Bir ildir verilişim yoxdur, aparıcılığa "əlvida" demişəm. Efir xatirinə nə oldu aparmayacam ki...".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri aparıcı Cavid Gül "ATV maqazin onlarla" verilişində deyib.

O bildirib ki, bundan sonra film çəkilişi ilə məşğul olacaq:

"Filmin ideya müəllifi mənəm, ssenarisini Fərhad Abdullayev yazdı. Mistik triller janrındadır. O qədər də böyük bir büdcəmiz yoxdur. Gördüm hamı film çəkir, pul qazanır, mən də bu işə girdim. Baş rolda özüm oynayacam. Xanım həmkarım isə həyat yoldaşımı canlandıracaq".

Cavid ailə qurub-qurmaması ilə bağlı suallara isə belə cavab verib:

"Hazır deyiləm, istəmirəm. Gərək adamın ürəyində ailəsi, uşağı olmaq istəyi olsun. Hələ bu istəyim yoxdur".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin: