"Natavana bir mən, bir də sevgilisi zəng edə bilər"

17 Aprel 2017 13:11

Prodüser Tarix Əliyevin "Bu bizik, Toliklə" verilişinin ilk buraxılışı yayımlanıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, prodüser müğənnilərlə bağlı qalmaqallı açıqlamalar verib.

Tolik ilk növbədə müğənni Roza Zərgərliyə söz atıb. "Roza bəlkə də yaxşı müğənnidir. Amma Allahın da yadından çıxıb", - deyib.

Prodüser müğənni Natavan Həbibinin sevgilisindən danışıb:

"Gecə saat ikidə Natavana bir mən, bir də sevgilisi zəng edə bilər. Allah onun xasiyyətini kəsməsin. Natavanın sevgilisi çox qısqancdır. Görəsən, onunla fotonu nə vaxtsa paylaşsa, nə olacaq?"

N.Həbibi "Mən onunla heç vaxt foto paylaşmayacam" cavabını verib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində