Hindistanda "öküz oyunları": 2 ölü, 80 yaralı

17 Aprel 2017 11:26

Hindistanda öküzlərin ram edilməsi oyunlarında iki nəfər ölüb.

Milli.Az Trend-ə itsinadən xəbər verir ki, Tamilnad ştatında keçirilən "Callikattu" adlanan ənənəvi oyunlar zamanı daha 80 nəfər xəsarət alıb.

Ölənlərin hər ikisinin tamaşaçı olduğu bildirilir. Onlardan biri öküzün zərbəsindən, digəri isə heyvan ona tərəf qaçarkən ürək tutmasından ölüb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində