"Hər ay evinin kirayəsini mənə ödədirdi"

17 Aprel 2017 10:55

"Mucize" filmi ilə məşhurlaşan və "Kertenkele" serialında rol alan gözəl aktrisa Seda Tosunun iki aydır birlikdə olduğu Gökhan Seven ilə əlaqəsi başa çatıb. 

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, Seven ötən gün gözəl aktrisadan ayrılmağının səbəbini açıqlayıb:

"Sedayla uzun müddətdir tanış idik, amma təxminən iki aydır sevgiliydik. Lakin münasibətimiz madiyyata söykənirdi. Tez-tez məndən pul istəyirdi, hər ay evinin kirayəsini mənə ödədirdi. Bu ödənişlər və pul istəyi bitməyincə, özümə də əsəbləşdim və əlaqəni bitirməyə qərar verdim. O, pul hərisidir. Bunu anladıqdan sonra əlaqəmizin davam etməyi mümkün deyildi".

Məhəmməd Vaqif
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində