Azərbaycan çempionu 5 legionerlə vidalaşa bilər

17 Aprel 2017 10:18

Azərbaycan çempionu "Telekom" 5 voleybolçusu ilə vidalaşa bilər.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, buna səbəb komandanın bəzi legionerləri ilə müqaviləsinin başa çatmağıdı.

Belə ki, ötən mövsümün əvvəlində transfer olunan Yovana Vesoviç (Serbiya), son 2 ili Bakı klubunda oynayan Kseniya İvanoviç (Monteneqro), Aleksandra Petroviç (Serbiya), Qabriela Koyeva və Mariya Filipova (hər ikisi Bolqarıstan) ilə bağlı yekun qərar verilməyib. Onların komandada qalıb-qalmayacağını baş məşqçi Zoran Qayiç müəyyənləşdirəcək.
 
Serbiyalı mütəxəssis 2017/2018 mövsümündə qarşılarına qoyulacaq hədəfə uyğun olaraq, legionerlərin xidməti ilə bağlı qərarını açıqlayacaq.
 
Qeyd edək ki, "Telekom" yeni ildə Çempionlar Liqasında oynayacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində