Neft ucuzlaşır

17 Aprel 2017 09:47

Dünya birjalarında neft ucuzlaşıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,07 dollar və ya 0,85% azalaraq 52,73 dollar təşkil edib.
 
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,03 dollar və ya 0,79% azalaraq 55,45 dollar olub.
 
Neftin ucuzlaşmasına səbəb ABŞ-da qazma quyularının sayının 13 həftə durmadan artmasıdır. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində