Sürücü avtomobili piyadaların üzərinə sürdü, ölənlər var - İspaniyada

17 Aprel 2017 09:10

İspaniyanın Navarra şəhərində avtomobil tam sürətlə insanların üzərinə sürülüb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə yerli mətbuat yazıb.
İlkin məlumata görə, insident nəticəsində ölənlər var. Zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir.
Hazırda asayiş keşikçiləri hadisə yerindən qaçan sürücünü axtarırlar. Jurnalistlər onun maşını qəsdən piyadaların üzərinə sürdüyünü iddia edirlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində