"Referendum demokratik Türkiyə tarixində yeni səhifə açdı" - Binəli Yıldırım

16 Aprel 2017 23:57

"Türkiyədə keçirilən konstitusiya üzrə referendumun nəticələri xalqın iradəsini əks etdirir".

Milli.Az "Report"a istinadən bildirir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədri, ölkənin baş naziri Binəli Yıldırım partiyanın Ankaradakı baş qərargahı qarşısına toplaşan vətəndaşlar qarşısında deyib.
Hökumət başçısı səsvermə prosesində neqativ insidentin qeydə alınmaması faktına diqqət çəkib.
"16 Aprel səsverməsi demokratik Türkiyə tarixində yeni səhifə açdı. Referendumun nəticələri ölkə sakinlərinin sabitliyi və rifahı naminə istifadə olunacaq", - deyə baş nazir bildirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində