Şaqman sürücüləri magistral yolda belə avtoşluq edir - VİDEO

16 Aprel 2017 20:41

Sürət həddi saatda 70 kilometr olan yolda saatda 100 kilometr sürətlə 2 şaqman markalı yük avtomobili avtoşluq edir. Sanki yarış meydançasında özlərini hiss edən bu yük avtomobillərinin sürücüləri həm özlərinin, həm də yolda olan digər sürücülərin həyatını təhlükəyə atırlar.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki,  görünülər Ələt-Astara yolunda arxada hərəkət edən avtomobildə olan sərnişin tərəfindən qeydə alınıb.
"Xəzər Xəbər"in votsap nömrəsinə göndərilən görüntülərdə hər iki yük avtomobilinin sürücüsünün saaatda 100 kilometr sürətlə hərəkət etdiyi aydın görünür. Bununla yanaşı, yük avtomobilindən birinin sürücüsü qəza şəraiti yaradaraq yolda dayanmış digər yük avtomobilinə çırpılmaqdan son anda xilas ola bilir.
Kadrlardan aydın olur ki, qaydani pozan 99 XF 420 və 99 DF 994 dövlət nömrə qeyydiyyat nişanlı yük avtomobillərinin sürücüləridir.
Belə vəziyyətdə yol polisi sürücülərin törətdiyi qayda pozuntusunu radarla qeydə alarsa, onlarıın hər birini 50 manat və 2 cərimə balı gözləyir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Şaqman sürücüləri magistral yolda belə avtoşluq edir