15:31
Şəmkir-Gədəbəy avtomobil yolunda yol qəzası baş verib.
Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, qəza yolun 13-cü km-də qeydə alınıb. "Niva" və "VAZ 2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Onlardan ikisinin, Şəmkir rayon Morul kənd sakini, 58 yaşlı Zeynəb Salmanova və 54 yaşlı Xanım Sadıqovanın vəziyyəti orta-ağır, digər iki nəfərin vəziyyəti isə normal qiymətləndirilir.
-------------
16.04.2017
15:58
Bu gün Şəmkir-Gədəbəy avtomobil yolunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, qəza yolun 13-cü km-də qeydə alınıb.
"Niva" və "VAZ 2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlardan ikisinin vəziyyəti orta-ağır, ikisinin vəziyyəti normal qiymətləndirilir.
Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
Videonu izləmək üçün şəklə klikləyin: