Sinqapurda pilotsuz avtobuslar xəttə buraxılacaq

18 Aprel 2017 08:01

2020-ci ildə Sinqapurun ictimai nəqliyyat sistemində pilotsuz avtobuslar istifadəyə veriləcək.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, avtobusları "Singapore Technologies Engineering" hərbi şirkəti istehsal edəcək.

Layihəni şirkətin "ST Kinetics" törəmə müəssisəsi həyata keçirəcək. 3 qapısı olan avtobuslar 36 sərnişini oturaq vəziyyətdə, 33 sərnişini isə ayaq üstdə apara biləcək. Maksimal sürəti 60 km/saat olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində