Ermənilərin kütləvi qırıldığı ərazi - Ucardan veriliş - VIDEO - FOTO

15 Aprel 2017 18:06

"Amil Xəlil ilə - Bura Vətəndir!" verilişi bu dəfə Ucardan çox maraqlı araşdırma ilə tamaşaçıların görüşünə gələcək.

416-cı milli divizyanın Ucardan başlanan uğuru. Taqanroqun azad edilməsində azərbaycanlıların o cümlədən Ucarın böyük rolu...

Müsüslü stansiyası. 1918-ci ilin canlı tarixi... Nuru Paşanın Ucarda toplandığı qərargah illər sonra... Ucarda yığılan azərbaycanlılar Kürdəmiri necə azad etdilər? O dövr haqqında atasından və babasından eşidən Nürəddin müəllimin şanlı zəfər haqqında danışacaq.

İllər sonra ermənilərin kütləvi məhvinə səbəb olan hadisədən "Bura Vətəndir!" verilişində danışılacaq. Kürdəmirlə Ucarın igidləri o cümlədən Azərbaycanın digər bölgələrindən gələnlər, Nuru Paşanın süvari qoşunu ilə birləşərək düşmənləri göldə batırırlar. Həmin ərazi indi də "erməni batan" ərazisi kimi tanınır.

Bakının azad edilməsində Ucarın və Müsüslünün  rolu...

Ustad aşıq Əhlimanın deyəcəkləri var. Ustad kimlərə sərt cavab göndərdi? Bu arada Tovuz aşıqlarının Şirvan aşıqları haqqında "oynağan" deməsi ustadı özündən çıxartdı. Əhliman Şirvanlının evinin qonağı olduq.
Çox maraqlı və tarixi bir veriliş sizi gözləyir..
16 aprel, saat 14:00-da Lider TV-də.

"Bura Vətəndir!" verilişinin növbəti çəkilişi Mingəçevir şəhərində olacaq. Həmin bölgənin qeyri-adi bacarığı olan, ixtirası olan və ya ümümilikdə maraqlı faktları olanlar verilişin whats app nömrəsinə yaza bilərsiz. +994 70 653 48 69

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az 

Videonu izləmək üçün şəklə klikləyin:

Bura Vətəndir - Amil Xəlil ilə - Ucar (anons) 16 aprel saat 14:00 da - 1