Güclü külək cənub bölgəsində fəsadlar yaratdı: hasarlar uçdu, ağaclar kökündən qopdu - FOTO

15 Aprel 2017 12:07

Cənub bölgəsində güclü küləyin yaratdığı fəsadlar aradan qaldırılır.

Cənub bölgəsində külək yaşayış evlərinə, elektrik və rabitə təsərrüfatına ciddi ziyan vurub.
 
Milli.Az APA-ya istinadən xəbər verir ki, Masallıda irigövdəli ağaclar kökündən çıxaraq, yola aşıb. Aidiyyəti qurumlar Masallı-Boradigah şosesinin Ərkivan qəsəbəsi  ərazisindən keçən hissəsində yolu ağaclardan təmizləyib, nəqliyyatın hərəkəti bərpa olunub.
 
Rayonda bir neçə hasar və bir yarımtikili uçub. Bu gecə yalnız Masallının mərkəzinin  elektrik enerjisi ilə təchizatı mümkün olub. Rayonun 80 faizinə elektrik enerjisi bu gün səhər saatlarında verilib.
 
Yardımlıda isə bir neçə yaşayış evinin dam örtüyünə ziyan dəyib, elektrik dirəkləri aşıb.

Hazırda bölgədə külək səngiyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində