"Pulu düşünsəydim, Azərbaycana gedərdim"

14 Aprel 2017 13:15

Ötən yay Azərbaycandan çox sərfəli təklif almışdım. Xidmətimdə başqa klublar da maraqlı idi. Ancaq mən pulu seçmədim, karyeramı düşündüm. Pulu düşünsəydim, Azərbaycana gedərdim.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu sözləri Şotlandiyanın "Hearts" klubunun hücumçusu İsmael Qonsalviş açıqlamasında bildirib:

25 yaşlı futbolçu ötən yayda Azərbaycandan təklif aldığını söyləyib: "2015-ci ildə Səudiyyə Ərəbistanının "İttifaq" klubuna gedəndə səhv addım atmışdım. Həmin qərarı düşündüm və Azərbaycana getmədim. Yenidən səhv addım atmaq istəmədim. "Anartossis" klubunu seçməklə düz addım atdım. Qışda isə Şotlandiyaya üz tutdum. Hazırda böyük çempionatda çıxış edirəm. Pulla xoşbəxtlik qazanmırlar".

Qeyd edək ki, portuqaliyalı futbolçu qış fasiləsində "Anartossis"dən "Hearts"a keçib və 11 oyunda 5 qol vurub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində