Qadın küçədə ərini süpürgə ilə "çırpdı" - Pulu olmadığına görə - FOTO

14 Aprel 2017 12:16

Türkiyənin Balıkesir şəhərində qadın üstündə pulu olmayan ərini küçədə süpürgə ilə döyüb.

Milli.Az "Hürriyet"ə istinadla bildirir ki, yaxınlıqdakı binanın sakini tərəfindən mobil telefonun kamerasına çəkilən qəribə hadisə ötən həftənin çərşənbə günü saat 21:30-da Camivasat mahalının Gazi küçəsində baş verib.

İddialara görə, aptekə gələn ikili dərman almaq istəyib. Lakin kişinin üstündə kifayət qədər pul olmayıb. Bu zaman qadın əsəbləşib. O, əvvəlcə ərini itələyib, yerə yıxaraq yumruqlayıb, daha sonra da aptekin qarşısında qoyulan süpürgə ilə onu "çırpıb".

Milli.Az maraqlı görüntüləri təqdim edir:

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində